Türküstan piri – Xoca Yasəvi

Əsl həyatı, tərcümeyi-halı çoxlu sayda müqəddəs rəvayətlər içərisində görünməz olmuş, türkdilli təsəvvüf poeziyasının yaradıcısı, türk dünyasının ən böyük düşüncə ərənlərindən olan və Türküstan müdriki adlandırılan Xoca Əhməd Yasəvi (1093-1166), həmin dövrdə Qaraxanlılar dövlətinə daxil olan, indiki Çimkənd yaxınlığındakı Sayram şəhərində doğulub, məzarı isə Yasıda, indiki Türküstan şəhərindədir.  Onun miras qoyduğu və müridləri tərəfindən «Divani-hikmət» adıyla tərtib edilmiş kitabı türkdilli müsəlman ədəbiyyatının ilk üç incisindən (Yusif xas Hacib Balasaqunlunun «Qutadqu biliq»i, Əhməd Yasəvinin «Divani-hikmət»i, Əhməd Yüqnəkinin «Atibətül-həqaiq»i) biridir. Qeyd edim ki, «Divanü lüğət-it türk»ün müəllifi Mahmud Kaşğari də bu üç nəhənglə eyni zamanda yaşayıb və biz inamla Qaraxanlılar zamanını Türk intibahı zamanı adlandıra bilərik.

Davamı →

Qafqaz və Türk dünyası

Qafqaz. 1917-ci il Oktyabr çevrilişindən sonra Qafqazın ictimai-siyasi qüvvələri bölgəni idarə etmək üçün noyabrın 14-də Cənubi Qafqaz Komissarlığı yaratmağı qərara aldılar. Komissarlığın tərkibinə gürcü, azərbaycanlı, erməni və rus nümayəndələri daxil idi. Hökumətin ən böyük uğuru dekabrın 5-də Qafqaz cəbhəsində hərbi əməliyyatların dayandırılması haqqında Ərzincan barışığının imzalanması oldu. Cənubi Qafqazda demokratik hərəkatın yüksəlməsi 1918-ci il fevralın 10-da Cənubi Qafqaz (Zaqafqaziya) Seyminin yaradılmasını labüd etdi. Lakin Seymdəki gürcü-erməni çoxluğu Qafqazın müxtəlif yerlərində müsəlman-türk əhaliyə qarşı erməni hərbi birliklərinin törətdiyi qətl və qarətlərə, o cümlədən mart-aprel aylarında daşnak-bolşevik qüvvələrinin Azərbaycanda həyata keçirdiyi soyqırımına biganə qaldı Seym Azərbaycan nümayəndələrinin etirazına baxmayaraq, Qars, Ərdahan və Batum vilayətlərini öz nəzarətində saxlamaq üçün Osmanlı imperiyası ilə müharibəyə başladı.
Davamı →

Qədim Türklərin tarixi

Qədim türklərin ilk məskənləri. Türklərin yaşadıqları ərazilər şimalda Sibirdən cənubda Himalay dağlarına, şərqdə Xinqan dağlarından qərbdə Xəzər dənizinə və Ural dağlarına qədər olan torpaqları əhatə edir və Böyük Türküstan adlanır.
Türklərin ən qədim tarixi arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələri əsasında öyrənilmişdir. Özbəkistan və Türkmənistan respublikaları ərazisində Daş və Tunc dövrünə aid yaşayış məskənləri aşkar edilmişdir. Bunlardan biri Namazqan yaşayış yeridir. Burada möhrədən evlər, metaləritmə kürələri və qəliblər, tunc oraqlar, bıçaqlar, ox ucları, bəzək əşyaları, dən daşları, boyalı qablar, gil qadın fiqurları və s. tapılmışdır.
Davamı →

Həştərxan, Sibir və Krım xanlıqları

HƏŞTƏRXAN XANLIĞI (1466-1556)

XV əsrin ortalarında Qazan xanlığı ilə eyni vaxtda Volqa çayının aşağı axarında mərkəzi Həştərxan şəhəri olan Həştərxan xanlığı yarandı. Xanlığın əsasını Kiçik Məhəmmədin nəvəsi Qasım xan qoymuşdu. Onun ərazisi Aşağı Volqa sahillərindən Şimali Qafqaza qədər olan ərazini əhatə edirdi. Xanlıq bir əsrə qədər müstəqil olmuş, sonra isə o, Qızıl Ordadan, Krım xanlığından, Noqay ordusundan asılı olmuşdu.
Xanlığın əhalisi, əsasən, maldarlıqla məşğul olmuş, ovçuluq və balıqçılıq etmişdi. Əkinçilik ölkədə qismən inkişaf tapmışdı.


Ardı →

Bilgə xaqan

TÜRKƏ TÜRK OLDUĞUNU ANLADAN HÖKMDAR
Göytürk xaqanlığını quran Kutluk Kağanın böyük oğlu olan Bilgə xaqan atası öləndən sonra qardaşı Kül Təkinlə birgə əmisi Kapağan xaqanın yanında vəzir Tonyukukun himayəsi altında böyüdü. 14 yaşında ikən əmisi tərəfindən şah təyin edilən Bilgə xaqan vəzir Tonyukukun komandanlığı altında olan Göytürk dövlətinin Qərb orduları komandanlığına göndərildi. İnal xaqanla birgə Altayları aşaraq Qərbdəki bir çox əraziləri dövlətin ərazisinə qatan Bilgə xaqan bu səfərləri zamanı özünü ən bacarıqlı bir sərkərdə kimi göstərdi. Demək olar ki, bütün döyüş səfərlərində qardaşı Kül Təkin də onunla idi. Müsəlmanlığı qəbul etmiş türklər və digər Asiya xalqları ilə Bilgə xaqanın ilk görüşü isə 701-ci ildə baş verdi.
Davamı →

Türk xalqlarının orta əsrlərdə mədəniyyəti

Maarif. Məktəb və mədrəsələr. Yazı. Erkən orta əsrlərdə türk xalqları müxtəlif yazı növlərindən istifadə etmişlər. Bu isə türklərdə məktəb və mədrəsələrin olduğunu göstərir. Məscid yanında təşkil edilmiş məktəblər, mədrəsələrdən fərqli olaraq ib­tidai təhsil verirdi. Mərkəzi Asiyadakı Səmərqənd, Buxara, Xarəzm, Mərv şəhərlərində mədrəsələr var idi.
Orxon-Yenisey abidələri türk xalqlarına məxsus yazdı mənbədir. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Əlaəddin Ata Məlikin «Cüveyni-tarixi-cahangüşə» əsərində çəkilir. Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. 0,13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi.


Ardı →

Dünya düzəni və Türklər | Türklərin tarixi missiyası



Hər bir fərd kimi hər bir millətin də tarixi bir missiyası var. Türklərin tarixi missiyası dünyaya bir düzən, bir ədalət gətirməkdir.İnsan yaranandan düşmənçiliklə qarşılaşıb. Bu düşmən ilk öncə Şеytan idisə, daha sonra Şеytana qardaş Qabil qoşuldu. Qabil qardaşı Habili öldürdü. Bеləliklə fərqlilik yarandı. Fərqlilik köləlik, köləlik quldarlıq, quldarlıq isə arsızlıq, əxlaqsızlıq yaratdı.Qorxu və inamsızlıqla yola çıxan İnsan yеni düşüncə və idarəçilik formaları icad еtdi. İnsanlar bir-birini öldürərək, kölə еdərək və nəhayət, biri ağa, biri qul olana qədər çarpışaraq vuruşdu, üst İnsan, orta İnsan, alt İnsan formalaşdırdı.


Ardı →

Türk dünyasının görkəmli səyyah və coğrafiyaşünasları

Dünya elm və mədəniyyətində türk xalqlarının rolu olduqca böyükdür. Avrasiyada təqribən 10 mln kv.km ərazidə məskunlaşmış türk xalqları riyaziyyat, həndəsə, kimya, geologiya, astronomiya, coğrafiya və bir sıra başqa elm sahələri üzrə dünya elm xəzinəsinə əvəzsiz tövhələr bəxş etmişlər. Türklər tarixini öz əməlləri ilə yaradan xalqlardan biri olmuşlar. Dediklərimizin Sakit və Atlantik okean suları arasında qalan böyük bir ərazidə türk mənşəli adlar bir daha təsdiq edir. E.ə. V əsrdə Asiyada Hun, III-V əsrlərdə Avropada Hun, IV-X əsrlərdə uyğur, XI-XV əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu dövlətlərini yaradan türk xalqları çox təəssüf ki, bu gün bir hissəsini itirməkdədir.


Ardı →

Türklər və türk dünyası

Türk dünyası dedikdə — böyük bir düha, sonsuz bir cahan, yenilməz bir qüvvə canlanır gözümüzün önündə. Türk dünyası dedikdə — mərdlik, vətənpərvərlik, igidlik və səxavət mücəssəməsi olan xalqlar anılır. Türk dünyası dedikdə — sonsuz və ucsuz-bucaqsız bərəkətli torpaqlar, zəmilər, meşələr, maylar və dənizlər, min-bir naz nemətli ellər, obalar, sərvəti dillərə dastan olmuş böyük bir Vətən xatırlanır.
Türklərin sayı 210 milyondan çoxdur. Müasir dövrdə türklər Saxadan Balkanlara qədər yayılıb (təxminən 12 milyon kvadrat kilometr).
Ardı →